Bu gün FİFA Konfederasiyalar Kuboku 2017-nin bürünc medalçıları məlum olacaq.
Futbolda.az xəbər verir ki, Rusiyada keçirilən Konfederasiyalar Kuboku 2017-nin bürünc medalları uğrunda mübarizəyə Portuqaliya və Meksika milliləri çıxacaq. Portuqaliya millisi turnirin yarımfinal mərhələsində penaltilərdə Çili-yə məğlub olaraq final keçə bilməmişdir. Meksika millisi isə yarımfinal mərhələsində güclü Almaniya yığmasına 4-1 hesabı ilə məğlub olmuşdular. Bundan əvvəl turnirin qrup mərhələsində də qarşılaşmış Portuqaliya və Meksika millilərinin oyunu 2-2 hesabı ilə birmişdir.
Qeyd edək ki, yeni doğulmuş əkiz övladlarını görmək üçün Konfederasiyalar Kuboku-nu artıq tərk etmiş Ronaldo bu oyunda iştirak etməyəcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.