İtaliya "A" seriyasında "Yuventus" klubunun qələbə seriyası davam edir.
Futbolda.az xəbər verir ki, əvvəlki 7 turda maksimum nəticə göstərən komanda bu turu da itkisiz keçirib. Səfərdə "Udineze"nin qonağı olan Turin təmsilçisi rəqibini 2-0 hesabı ilə məğlub edib. Ronaldonun da fərqləndiyi matçda digər qol Bentankurun aktivinə yazılıb.
Bu nəticədən sonra "Yuventus" 24 xalla tirnir cədvəlinin vahid lideridir.Komanda UÇL-ında da itkisiz irəliləyir.
Xatırladaqki həftə arası turnirdə növbəti oyununu keçirən komanda İsveçrə təmsilçisi Yanqboyzu 3-0 hesabı ilə məğlub edərək qrub liderliyini davam etdirir.