Türkiyə Superliqasında mövsümə olduqca pis başlayan Fənərbaxça komandasında baş məşqçi dəyişikliyi artıq reallığa çevrilməyə olduqca yaxındır.
Futbolda.az xəbər verir ki, mövsümə böyük ümüdlərlə holland mütəxəssislə start verən Fənərbaxça 7 turdan sonra turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Məhz bu səbəbdən yaxın günlərdə Filip Koku ilə müqaviləyə xitam verilə bilər.
Bu posta ən real namizəd kimi Ərsun Yanal göstərilsə də o, bu postu tutmaqdan imtina edib. Buna səbəb kimi mütəxəssisin klubun idman direktoru vəzifəsini icra edən Damiyen Comolli ilə birlikdə işləmək istəməməsi göstərilir.
Ərsun Yanal tərəfindən KİV-inə verdiyi açıqlamada bu sözlər deyilir: "Klubunuzun içində olduğu belə bir həssas məqamda tərəfimdən heç bir mövzuda sözlü və ya yazılı bəyannamə və açıqlamam olmayıb, olmayacaqda"