Fransa liqa 1-də 8-ci turun oyunları start götürüb.
Futbolda.az xəbər verir ki, artıq "PSJ" komandasının mövsümün sonunda rəqabətsiz çempion olacağı heç kimdə şübhə doğurmur. Geridə qalan 8 turda maksimum nəticə göstərən parislilər ən yaxın izləyicisini 9 xal qabaqlayır. Hadisələrin bu cür inkişafı çempionatın formal xarakter alması ilə nəticələnməsinə səbəb olacaq.
Bu tur rəqibini səfərdə 3 cavabsız qolla məğlub edən parislilərin qollarını Neymar (22' 90+2') və C.Nkunku (46') vurublar.
Digər oyunlarda qeydə alınan hesablar:
Anje - Genqam 0-1 Kan - Amyen 1-0 Liyon - Nant 1-1 Reyms - Bordo 0-0 Strazburq - Dijon 3-0 S.Etyen - Monako 2-0 8-ci tura aşağıdakı matçlarla yekun vurulacaq Ren - Tuluz Monpelye - Nims Lill - Marsel