İspaniya çempionatında 7-ci turda 5 qarşılaşma baş tutdu.
Futbolda.az xəbər verir ki, turun əsas diqqət çəkən məqamı "Real Madrid" və "Barselona"nın ötən tur olduğu kimi bu turda xal itirmələri oldu.
Hər iki komanda öz meydanında qəbul etdiyi rəqiblərinin müüavimətini qıra bilməyib. "Real Madrid" paytaxt derbisində 0-0 hesabıyla razılaşdığı halda, əzəli rəqibi "Barselona" isə oyunun son dəqiqələrində vurduğu qol sayəsində "Atletik Club" komandasına məğlubiyyətdən yaxasını qurtarıb 1-1.
Digər oyunlarda bu hesablar qeydə alınıb:
Eybar-Sevilya 1-3 Real Sosiedad-Valensiya 0-1 R.Vallekano-Espanyol 2-2