Bu gün İngiltərə Premyer Liqasında 7-ci turun matçları start götürür. Futbolda.az xəbər verir ki, günün ilk matçında son zamanlar işləri heç də yaxşı getməyən "Mançester Yunayted" səfərdə "Vest Ham" klubunun qonağı olur. 6 turdan sonra cəmi 10 xal toplayan qırmızı şeytanlar hazırda turnir cədvəlində 10-cu yerdə qərarlaşıblar. Bakı vaxtı ilə 15.30-da start götürəcək matçı buradan canlı izləyə bilərsiniz.