Madrid derbisində Marselo olmayacaq

Famil Mustafayev

28 Sentyabr 2018 0

Həftə sonu "Real Madrid" öz meydanında "Atletiko Madrid"i qəbul edəcək.

Bu matçın əhəmiyyəti hər iki komanda üçün çox böyükdür. Ona görə də tərəflər oyuna ciddi hazırlaşırlar.

Real cəbhəsindən artıq bir üzücü xəbər gəlib. Beləki ötən tur "Real"ın "Sevilya"ya məğlub olduğu oyunda zədələnən cinah müdafiəçisinin zədə səbəbindən bu oyunu buraxacağı deyilir.

"Real"ın həkimləri oyun saatına qədər Marselonun hazır olması üçün əllərindən gələni edəcəklərini bildiriblər. Marselo oyun başlayana qədər hazır olmazsa bu Real üçün çox ciddi itki olacaq. Rəqibin heyətində A.Qrizman və D.Kosta kimi hücümçuların olduğunu nəzərə alsaq oyun Marselosuz "Real Madrid" üçün çox çətin keçəcək.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur