Bir zamanlar "Arsenal" və "Qalatasaray" kimi klublarında oynamış E.Ebue baş məşqçilik kariyerasına start vermək üzrədir.
Ebue Qana liqa təmsilçisi "Asante Kotoko" klubundan təklif gözləyir. Son zamanlar haqqında bir çox xoşagəlməz xəbərlər çıxan Ebue nəhayətki sevindirici xəbər aldığını deyib: Kotokonun baş məşqçisi olsam əgər özümü çox xoşbəxt hiss edərəm. Bu mənim üçün çox böyük şansdır və mən bunu dəyərləndirməliyəm deyib:
Asante Kotoko Qana çempionatında iddialı komandalardan sayılır.
Xatırladaq ki, 35 yaşlı keçmiş futbolçunun son iş yeri Qalatasarayın 14 yaşlılardan ibarət komandasının baş məşqçisi postu olub.
Onun bu postdan ayrılmasına səbəbi kimi məhz Kotoko klubunun təklifi göstərilir.