Belçikanın adlı sanlı klublarından olan Anderlext Belçika kuboku çərçivəsində 6-cı turun qarşılaşmasında Belçika 2-ci liqa təmsilçisi olan Union Saint-Gilloise klubunu qəbul edib.
Kağız üzərində oyunun şübhəsiz favoriti olan Anderlext sürpriz nəticə qeydə alınmasına mane ola bilməyib. Əksər mütəxəssislər bu oyunda Anderlextdən ən azı qələbə gözləsələrdə, oyun rəqib komandanın böyük hesablı qələbəsi ilə başa çatıb. 90 dəqiqə ərzində topu 3 dəfə qapısından çıxaran Anderlext yekunda ölkə kubokuyla erkən vidalaşmalı olub.
Xadırladaq ki, hər üç qolu meydan sahiblərinin qapısından qonaqların fransalı hücumçusu Niakate keçirib.
Ölkə çempionatında isə Anderlext ilk 8 turdan sonra 3-cü pillədə qərarlaşıb.