Andre Ayev "Fənərbaxça"nın istəkləri siyahısına daxil oldu

Famil Mustafayev

28 Sentyabr 2018 0

Son zamanlar Türkiyə Superliqasında işləri yaxşı getməyən Fənərbaxça klubunda transfer məsələsində ürək açan məqamlar ortaya çıxır.

Klub Suonsi Sitidən icarəyə götürdüyü qanalı futbolçu A.Ayevi birdəfəlik rənglərinə qatmaq niyyətindədir. Bunun üçün klub rəhbərliyi də yaşıl işıq yandırıb. Lakin kiçik bir problem var ki oda futbolçunun sərbəst qalma bədəlinin 12 milyon avro olmasıdır.

Bu klubun bu günkü maliyyə imkanları xaricindədir.Buna görə də rəhbərlik bu məbləği endirə bilmək üçün yanvar ayında Suonsi rəhbərliyi ilə yenidən bir araya gələcək.

Tərəflərin razılığa gələ biləcəyi üçün bir neçə məqam var: İlk öncə Ayev özü Fənərbaxçada qalmaq istəyir və İngiltərəyə qayıtmaq niyyətinin olmadığını bildirir, digər səbəb isə "Suonsi" rəhbərliyi oyunçunun azad agent statusu almaqdansa bəlli bir məbləğ qarşılığında satılmasının tərəfdarı olmasıdır.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur