"Qalatasaray"-ın səfər məğlubiyyətlərinə məlhəm tapıldı

Famil Mustafayev

28 Sentyabr 2018 0

Qalatasaray klubunun baş məşqçisi F.Terim son zamanlar komandanın səfər oyunlarında göstərdiyi pis nəticələrin yaxşılaşdırılmasına görə yeni bir formul tapdığını bildirib.

Futbolda.az xəbər verirki, Fatih Terim bunu bu cür edəcəyini deyib: Bundan sonra komanda ev və səfər oyunlarına fərqli hazırlaşacaq.Bunun üçün adı hələlik "Səfər kampı" olan formuldan istifadə edəcəm. Hələlik bu formulun tam nədən ibarət olması bəlli deyil. Lakin UÇL-ında Porto ilə oyundan sonra komanda İstanbula deyil, bir başa Antalya gedəcək olması bu formulanın müəyyən qədər çözülməsinə gətirib çıxarır.

Beləki Porto ilə oyundan sonra həftə sonu "Qalatadaray" "Antalyaspor"a qonaq olacaq. Çox gümanki bu formula da, oyuna motivasiya olunma və hava şəraitinə adaptasiya olunma kimi problemləri aradan qaldırmağı özündə ehtiva edir.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur