Xəbər verdiyimiz kimi J.Mourinyo ilə klubu arasında gərginlik hər keçən gün daha da dərinləşir.
Bu isə Don Jozenin tezliklə klubdan ayrılması ehtimalını gücləndirir. Bəs Joze klubdan ayrılarsa onu kim əvəz edəcək? İngiltərə mətbuatı daha çox iki adı ön plana çəkir.
Bunlardan biri Totenhemin hazırki baş məşqçisi M.Poçettino digəri isə Madrid Realının sabiq məşqçisi Z.Zidandır.
Yayılan məlumatlarda oda öz əksini tapırki, hazırda klubda iki qruplaşma yaranıb. Bunlardan biri P.Pogba və onu dəstəkləyən A.Marsial, E.Bailly və son vaxtlar çox az forma şansı verilən A.Pereira qrupu digəri isə E.Young, N.Matiç və R.Lukakudan ibarət olan qrup.
İngiltərədəki futbol ekspertlərinin fikirlərinə görə hadisələrin bu cür davamı məşqçi dəyişikliyini qaçılmaz edəcək.