İki oyunla Seria "A"nın 6-cı turuna yekun vuruldu

Famil Mustafayev

28 Sentyabr 2018 0

İtaliya çempionatının 6-cı turuna 2 oyunla yekun vurulub.

Futbolda.az xəbər verir ki, səfərdə Spalın qonağı olan Sassuolo rəqibi iki dəfə meydanın mərkəzinə dəvət edib. İlk hissəsi qolsuz bitən oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib. Qonaq komanda əvvəlcə matçın 59-cu dəqiqəsində C.Adjapongla hesabda irəli keçib.Meydan sahiblərinin bərabərlik istəyi sonrakı dəqiqələrdə baş tutmayınca, qonaqlar matçın 90-cı dəqiqəsində A. Matri ilə 2-ci topu ev sahibi komandanın qapısından keçirərək növbəti 3 xalı öz aktivlərinə yazıblar. Bu qələbə sayəsində Sassuolo komandası turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

Günün ikinci matçında elə də yaxşı günlərini yaşamayan Milan Empolinin qonağı olub.Milanın asanlıqla rəqibini məğlub edəcəyi gözlənilsədə bu baş verməyib.

Matçın 10-cu dəqiqəsində Milan avtoqol sayəsində hesabda önə keçsə də, qələbə hesabını sonadək qoruya bilməyib.71-ci dəqiqədə Milanın qapısına təyin olunmuş penaltini F.Caputo dəqiq zərbə ilə yekunlaşdıraraq status-kvonu bərpa edib.Sonrakı dəqiqələrdə başqa qol olmayınca oyun 1-1 hesabı ilə yekunlaşıb.Bu nəticədən sonra Milan bir oyunu ehtiyyatda olmaqla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur