"İnter"dən "Mançester" nəhənglərinə daha bir zərbə

Famil Mustafayev

27 Sentyabr 2018 0

Yay transfer dövründə müdafiə xəttini gücləndirmək istəyən "Mançester Yunayted"in hədəflərindən olan M.Şkriniar "İnter" klubu ilə qüvvədə olan müqaviləsini uzatmağı planlaşdırır.

Futbolda.az İtaliya mətbuatına istinaən xəbər verir ki, Şkriniar klubu ilə yanvarda yeni müqavilə imzalayacaq. Mançester şəhərinin digər təmsilçisi olan "Mançester Siti" də yay transfer dönəmində futbolçunu transfer etmək niyyətində olsa da, lakin bunu bacarmamamış, əvəzində Aymerik Laporteni transfer etmişdi.

Hazırda müqaviləyə görə "İnter"dən 1.7 milyon avro qazanan futbolçu məvacibinin 3 milyon avroya qaldırılmasını istəyir. İnter rəsmilərinin isə bonuslarla birlikdə bu rəqəmə yaxın bir məbləğ təklif edəcəyi gözlənilir. Yay transfer pəncərəsində M.Yunayted 65 milyonluq bir təkliflə İnterin qapısını döysə də nəticə əldə edə bilməmişdi.

Xatırladaqki, "M.Yunayted" bunnan öncə uzun zaman İnterin digər futbolçusu İ.Perişiçi transfer etmək istəsə də, nəticə əldə edə bilməmişdi.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur