"Çelsi" klubunun futbolçusu Ross Barkley, komanda yoldaşı Eden Hazardı dünyanın ən yaxşı futbolçusu adlandırıb.
Futbolda.az xəbər verir ki, "Liverpul" ilə matçın son dəqiqələrində möhtəşəm bir qol ilə komandasına qələbə qazandıran Eden Hazard haqqı komanda yoldaşı Ross Barkley bunları danışıb:
"Bu cür qolları o hər gün məşqlərdə vurduğu üçün bizim üçün burada fərqli bir şey yoxdur. O, illərdir dünyanın ən yaxşı futbolçularındadır. Hazırda göstərdiyi performans ən üst səviyyədədir. Messi və Ronaldo ondan daha eqoistdir, o belə deyil. O, matçda iki məhsuldar ötürmə edərək komandasının qalib gəlməsi ilə xoşbəxt ola bilir."
Qeyd edək ki, Hazard bu mövsüm keçirdiyi 7 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.