İspaniya mətbuatı yanvar ayı transfer pəncərəsi dövründə "Real Madrid"in əsas hədəfi kimi İnterin hücumçusu M.İcardinin olacağını yazır.
Ancaq bu transferin baş tutması elə də real görünmür. Çünki bu gün artıq italiya mətbuatı İcardinin Interlə 5 illik yeni müqavilə üzərində razılaşmaq ərəfəsində olduğunu yazıb.
İtaliya KİV-lərinə inansaq tərəflər sadəcə illik gəlir məsələsində ortaq məxrəcə gələ bilməyiblər. Beləki yeni müqavilədə İcardinin agenti 8 milyon avro əmək haqqı tələb edir. İnter rəhbərliyi isə 6 milyon təklif edib gözləyir. Ancaq mətbuata inansaq bunun iki tərəf üçündə ciddi problem olmadığı göstərilir.
İcardi özü də dəfələrlə İnterdən ayrılmaq istəmədiyini səsləndirib. Bu səbəbdən də yaxın günlərdə tərəflər arasında yeni 5 illik müqavilənin imzalanacağı deyilir.Xatırladaqki İcardinin cari illik məvacibi 4.5 milyon avro təşkil edir.