Topaz premyerliqasında 1-ci turdan təxirə salınmış qarşılaşma oynanılıb.
Qitəmiqyaslı yarışlarla əlaqədar Qarabağ 1-ci turda qarşılaşmalı olduğu rəqibini Sentyabr ayının 26-ında Azərsun Arenada qəbul etdi.
Rəqib ötən mövsümdəki nəticələrindən uzaq düşən Zirə komandası idi. Oyun Qarabağın çətin qələbəsi ilə yekunlaşıb 3-2.
Əvvəlcə hesabı oyunun 28-ci dəqiqəsində F.Ozobiç dəqiq penalti zərbəsi ilə açıb.İlk hissə bu hesabla yekunlaşıb. Fasilədən geri dönən kimi Qarabağ rəqibin qapısından 2-ci topu keçirib. Bu dəfə E.Emeqara fərqlənib. Bunnan sonra biraz arxayınlaşan Q.Qurbanovun yetirmələrini M.Abbasov iki dəfə müvafiq olaraq 56 və 82-ci dəqiqələrdə mərkəzə dəvət edib.
Lakin matçın sonlarına yaxın özündə güc tapan köhlən atlar E.Emeqaranın dublu sayəsində 3 xalı bayram ediblər.
Bu nəticədən sonra Q.Qurbanovun yetirmələri turnir cədvəlində Neftçi ilə 1-ci və 2-ci yerləri bölüşürlər.
Xatırladaqki, hər iki komandanın aktivində 13 xal var.