La liqada 6-cı tur start götürdü

Famil Mustafayev

27 Sentyabr 2018 0

İspaniya la liqasında növbəti turun oyunları start götürüb.

Tura Espanyol-Eybar (1-0), R.Sosedad-R.Valekano (2-2) oyunları ilə start verilib. Tur çərçivəsindı növbəti oyuna çıxan Atletiko komandası öz meydanında Hueska komandasına heç bir şans verməyib. Matçın final fiti səslənəndə tabloda 3-0 hesabı öz əksini tapıb.

Eyni hesab bu dəfə Atletik.B-Vilyareal oyununda da qeydə alınıb. Ancaq bu oyunda qonaqlar sevinən tərəf olublar.

Tur əsasən çempionatın nəhəglərinin göstərdikləri nəticələrlə əlamətdar olub. Beləki həm Real, həmdə onun əzəli rəqibi olan Barselona turu əliboş keçiriblər. Komandalar müvafiq olaraq Sevilya və Leqanes səfərində məğlub olublar. Sevilya Realı 3-0 hesabı ilə məğlub edibsə, Leqanes Kataloniya təmsilçisinə çətinliklə 2-1 hesabı ilə qalib gələ bilib. Bu məğlubiyyətlər cari mövsümdə hər iki komandanın passivinə yazılan ilk məğlubiyyət kimi qeydə alınıb.

6-cı turda baş tutan digər oyunda Valensiya öz meydanında Seltanın müqavimətini qıra bilməyib 1-1. Tura Alaves-Xetafe, Valedolid-Levante, Jirona-Betis oyunları ilə yekun vurulacaq.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur