Türk klubundan fair play nümunəsi

Kenan Heyderli

26 Sentyabr 2018 0

Ziraat Türkiyə Kubokunun 3-cü turunda keçirilən Pendikspor-Altınordu qarşılaşmasında ev sahibləri əsl centilmenlik nümayiş etdirib.

Belə ki, 3 oyunçu dəyişikliyi haqqından maksimum istifadə edən İzmir təmsilçisi "Altınordu"nun yarımmüdafiəçisi Kərim Alıcının 82-ci dəqiqədə başından yaralanıb meydanı vaxtından əvvəl tərk etməsindən sonra ev sahibi "Pendikspor"un baş məşqçisi Sinan Yücər nümunəvi davranış göstərərək öz komandasından hücumçu Ahmet Yazarı meydandan çıxarıb.

43 yaşlı mütəxəssisin bu addımından sonra oyunun qalan hissəsini tərəflər hərəyə 10 futbolçu ilə davam etdirib. Oyundan sonra qonaqların çalışdırıcısı Hüseyn Əroğlu həmkarına özünün və klub rəhbərliyinin adından təşəkkürünü bildirib.

62-ci dəqiqədə meydana daxil olan və sona 8 dəqiqə qalmış ciddi zədə alaraq xəstəxanaya aparılan 21 yaşlı yarımmüdafiəçi Kərim Alıcı, "Fənərbağça"nın məhz "Altınordu"dan yayda transfer etdiyi Barış Alıcının əkiz qardaşıdır.

Oyuna gəlincə isə, "Pendik Arena"da hesabı 21-ci dəqiqədə meydan sahibləri adına qapıçı Erhanın hədiyyəsindən sonra Batuhan Kırdaroğlu açsa da, hissənin sonunda Sefa Yılmaz tarazlığı bərba edib. "Pendikspor"a turu gətirən qola isə Taha Tunç imza atıb: 2-1. Beləliklə, "Pendikspor" növbəti mərhələyə adlayıb, "Altınordu" isə kuboka əlvida deyib.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur