Mançester Yunayted və Barselona şokda. Real Madrid bir addım öndə

Kenan Heyderli

25 Sentyabr 2018 0

Ayaks klubunun 21 yaşlı yarımmüdafiəçisi Frenkie De Yonq uğrunda Real Madrid, Barselona və Mançester Yunayted arasında gedən mübarizədə Kral klubu ötən gün etdiyi 71.5 milyon avroluq son təkliflə rəqiblərinin önünə keçdi.

Gələn mövsüm üçün Modriçə layiqli əvəzləyici axtaran Madrid təmsilçisinin liderlik etdiyi transfer müharibəsinə daha öncədən PSJ, Bavariya, Mançester Siti və Tottenhem klubları da qoşulmuşdu.

Orta sahənin istənilən nöqtəsində oynamağı bacaran, ampulaca mərkəz yarımmüdafiəçisi olan hollandiyalı oyunçu üçün gələn son təklif deyəsən Ayaks rəhbərliyini həyəcanlandırıb. Belə ki, Amsterdam təmsilçisinin idman direktoru Mark Overmars daha əvvəl sözügedən oyunçuya ehtiyacı olduqlarını dilə gətirsə də, son açıqlamasında Frenkienin gələn mövsümdən etibarən klubun düşərgəsində olmama ehtimalını təkzib etməyib.

Klubu tərk edəcəyi xəbərləri ilə yay gündəmini məşğul edən, lakin Mourinyo ilə yoluna davam edən son dünya çempionu Pol Poqbaya alternativlər hazırlayan Mançester Yunayted ilə Nou Kampda yeni Xavisini heç cür tapa bilməyən Barselonanın bu mübarizədən erkən imtina edəcəyi real görünmür. Klubu ilə 2022-ci ilə qədər müqaviləsi olan və Sneyderin haqqında ağız dolusu danışıb referans göstərdiyi Frenkie De Yonq orta hesabla hər 90 dəqiqədə 84 dəqiq ötürməyə sahibidir.

Gənc istedad yenilənən Hollandiya millisinə də artıq 2 dəfə dəvət alaraq UEFA Millətlər Liqası çərçivəsində keçirilən Fransa ilə oyunda (1-2) meydanın mərkəzində dinamikliyi ilə diqqətləri üzərinə çəkməyi bacarmışdı.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur