Futbolda.az xəbər verir ki, son la liqa çempionu "Barselona" bu gün öz meydanında la liqanın debutantı "Huesca" klubunu 7 qol ilə məğlub edə bildi.
Matçda hesabı 3-cü dəqiqədə qonaqlar açsalar da, "Barselona" 16-cı dəqiqədə Lionel Messi ilə hesabı bərabərləşdirə bildir. Matçın 24-cü dəqiqəsində isə qonaq komandanın futbolçusu topu öz qapısından keçirərək hesabı 2-1 edir. Daha sonra isə 39-cu dəqiqədə Luis Suarez hesabı 3-1 edə bilir. İkinci hissənin bitməsinə az qalmış isə Huesca Alex Gallar ilə hesabı 3-2 edə bilir.
İkinci hissədə isə rəqib qapısından daha 5 qol keçirən "Barselona" matçdan 8-2 hesablı qələbə ilə ayrıla bilir.
Bu qələbədən sonra aktivində ki xalları 9-a çatdıran "Barselona" turnir cədvəlində ilk pillədə qərarlaşıb.