"Real Madrid" la liqanın yeni mövsümündə ardıcıl üçüncü qələbəsini qazandı.
Futbolda.az xəbər verir ki, yeni baş məşqçinin rəhbərliyi altında Real Madrid la liqa-da ardıcıl üçüncü matçında qələbə qazanaraq turnir cədvəlində liderliyi qoruya bildi. Doğma meydanda "Leganes" klubunu qəbul edən "Real Madrid" matçdan 4-1 hesablı qələbə ilə ayrıldı.
Matçda qolları 17-ci dəqiqədə Qaret Bale, 48 və 61-ci dəqiqələrdə Benzema və 66-cı dəqiqədə Ramos penaltidən vura bilib.
Bu qələbədən sonra aktivində 9 xalı olan kral klubu hazırda turnir cədvəlində liderliyini davam etdirir.