Türkiyə Super Liqasının dördüncü turunda "Qalatasaray" səfərdə "Trabzonspor" klubununu qonağı olub.
Futbolda.az xəbər verir ki, matç boyu üstün oyun sərgiləyən "Trabsonspor" klubu Fatih Terim-in yetirmələrini 4-0 hesabı ilə məğlubiyyətə uğrada bilib.
Matçın ilk hissəsindən sonra hesab artıq 3-0 meydan sahiblərinin xeyrinə olub. İkinci hissədə rəqib qapısından daha bir qol keçirə bilən Trabzonspor klubu bununlada son çempion "Qalatasaray" klubuna bu mövsüm ilk məğlubiyyətini yaşada bilib.
Qarşılaşmanın hakimi matçda 3 sarı və qırmızı kart göstərməli olub.
Bu məğlubiyyətdən sonra aktivində 9 xalı olan "Qalatasaray" turnir cədvəlində liderliyini davam etdirməkdədir. Trabzonspor isə dörd turdan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb.