"PSJ" Fransa Liqasında liderliyini davam etdirməkdədir.
Futbolda.az xəbər verir ki, bu gün Fransa liqasının 4-cü turu çərçivəsində son çempion "PSJ" səfərdə "Nimes" klubunu 4 qolla məğlub edə bilib.
Matçın ilk hissəsində "PSJ" Neymar və Di Maria-nın qolları ilə 2-0 öndə bitirə bilsə də, ikinci hissədə ev sahibi ardıcıl iki qol vuraraq hesabı 2-2 edə bilmişdir.
Lakin 77-ci dəqiqədə Kylian Mbappe və 90-cı dəqiqqədə Kavani-nin qolu ilə "PSJ" matçdan 4-2 hesablı qələbə ilə ayrıla bildi.
Matçın maraqlı məqamlarından biri isə 90-cı dəqiqədə Kylian Mbappe-nin qırmızı kart alaraq meydandan qovulması oldu.