Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları məlum olub.
Futbolda.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" klubu Tofiq Bəhrəmov adına Respublika stadionunda Moldova-nın Şerif klubunu 3-0 hesabı ilə məğlub edərək qrup mərhələsinə vəsiqəni təmin edə bildi.
Moldovada baş tutan ilk matçda rəqibə 1-0 hesabı ilə məğlub olmağına baxmayaraq Qarabağ möhtəşəm oyunu ilə rəqibi darmadağın edə bildi.
Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsində rəqibləri sabah baş tutacaq püşkatma mərhələsindən sonra məlum olacaq.