UEFA 2017/18 mövsümünün Avropada ən yaxşı futbolçusunu seçdi.
Futbolda.az xəbər verir ki, Monako-da baş tutan UEFA Çempionlar Liqası yeni mövsüm püşkatma mərasimində Avropa son mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
Bu ada "Real Madrid" klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç layiq görülüb. Bu mükafata namizədlər arasında Məhəmməd Salah və Kriştiano Ronaldo-da var idi.
Səsvermədə ötən mövsüm qrup mərhələsində çıxış edən klubların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiyasiasi tərəfindən seçilmiş jurnalistlər iştirak edib.