"Çelsi" İngiltərə premyer liqasında ardıcıl üçüncü qələbəsini qazandı.
Futbolda.az xəbər verir ki, mövsümə yeni baş məşqçi ilə başlayan "Çelsi" premyer liqanının üçüncü turunda səfərdə "Newcastle" klubunu 1-2 hesabı ilə məğlub edə bilib.
Matçda ilk qolu 76-cı dəqiqədə Eden Hazard penaltidən vura bilsə də, Newcastle 83-cü dəqiqədə hesabı bərabərləşdirə bilir.
Lakin matçın 87-ci dəqiqəsində "Newcastle Yunayted" klubunun qapısında avtoqol qeydə alınır və "Çelsi" matçdan üç xal ilə ayrıla bilir.