"Barselona"-nın yeni mövsüm üçün nəzərdə tutulan üçüncü formasının fotoları yayılıb.
Futbolda.az xəbər verir ki, son la liqa çempionları üçün Nike şirkəti tərəfindən hazırlanan formaların fotoları artıq qeyri-rəsmi olaraq internətdə yayılıb.
Yayılan fotolarda formanın üzərində Barselona şəhərinin havadan görüntüsünün sxemi təsvir olunub.
Qeyd edək ki, fotolar ilk dəfə footyheadlines saytı tərəfindən dərc olunmuşdur.