"Barselona" Dembele-nin qolu ilə qələbə qazandı / VİDEO

Futbolda

26 Avqust 2018 0

"Barselona" İspaniya La Liqasının ikinci turunda minimal hesablı qələbə qazandı. 

Futbolda.az xəbər verir ki, İspaniya la liqasının ikinci turunda səfərdə "Real Valladolid klubunun qonağı olan kataloniyalılar matçdan minimal hesablı qələbə ilə ayrıla bildirlər. 

Çətin keçən matçda yeganə qolu 57-ci dəqiqədə Osman Dembele rəqib qapısından keçirə bilib. Bu matçdan sonra aktivində maksimum 6 xalı olan "Barselona" turnir cədvəlində liderliyini davam etdirir. 

Qeyd edək ki, "Barselona" La Liqanın növbəti turunda öz meydanında La Liqaya bu mövsüm yüksələn "Huesca" klubunu qəbul edəcək. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur