"Yuventus" 2-0 "Lazio" / VİDEO

Futbolda

25 Avqust 2018 0

"Yuventus" İtaliya Seriya A-da ardıcıl ikinci qələbəsini qazana bildi. 

Futbolda.az xəbər verir ki, son seriya a çempinou "Yuventus" bu gün yeni mövsümdə ilk ev matçında "Lazio" üzərində 2-0 hesablı inamlı qələbəni təmin edə bildi. 

Matçda qolları 30-cu dəqiqədə Pjanic və 75-ci dəqiqədə Mandzukic vura bilib. Qoca Senyoranın yeni mega transferi Kriştiano Ronaldo 90 dəqiqə meydanda olmağına baxmayaraq "Yuventus" heyətində ilk Seriya A qolunu rəsmiləşdirə bilmir. 

Bu qələbədən sonra "Yuventus" 6 xalla turnir cədvəlində liderliyini davam etdirir. 

Qeyd edək ki, "Yuventus" növbəti turda səfərdə Parma klubunun qonağı olacaq. 





Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur