Son Fransa çempionu "PSJ" çempionatın üçüncü turunu qələbə ilə bitirdi.
Futbolda.az xəbər verir ki, "PSJ" fransa liqasının üçüncü turunda öz meydanında Angers klubunu 3-1 hesabı ilə məğlub edərək turnir cədvəlində liderliyini qoruya bildi.
Matçda ilk qolu 12-ci dəqiqədə zədəsini sağaldaraq komandaya qoşulan Kavani vura bilib. Lakin matçın 20-ci dəqiqəsində rəqib komanda penaltidən hesabı 1-1 edə bilmişdir.
İkinci hissədə isə Kylian Mbappe matçın 51-ci dəqiqəsində hesabı 2-1 edə bildi. Matçda son nöqtəni isə 66-cı dəqiqədə Neymar qoydu.
Bu qələbədən sonra keçirdiyi hər üç matçda qalib gələn PSJ turnir cədvəlində 9 xall liderliyini davam etdirir.