"Mançester Siti" klubu İngiltərə premyer liqasının üçüncu turunda xal itkisinə məruz qaldı.
Futbolda.az xəbər verir ki, yeni mövsümün ilk ilk turundan qələbə ilə ayrılan son çempion "Mançester Siti" bu tur səfərdə premyer liqaya bu mövsüm yüksələn "Wolverhampton" klubu ilə matçda mövsümdə ilk xal itkisinə məruz qalıb.
Matçda hesabı 57-ci dəqiqədə ev sahibləri açsa da, matçın 69-cu dəqiqəsində Siti klubunun gənc müdafiəçisi Laporter hesabı 1-1 edə bilib.
Bu matçdan sonra aktivində 7 xalı olan Mançester Siti müvəqqəti olaraq ilk pillədə ki yerini qoruya bilib, "Wolverhampton" klubu isə 3-cü turdan sonra 2 xalla 12-ci pillədə qərarlaşıb.
"Mançester Siti" premyer liqanın 4-cü turunda öz meydanında "Newcastle" klubu ilə qarşılaşacaq.