İngiltərə premyer liqasında bu gün ikinci turun matçları baş tutub.
Futbolda.az xəbər verir ki, son çempion "Mançester Siti" yeni mövsümün ikinci turunda öz meydanında ilk matçında "Huddersfield" klubunu 6-1 hesabı ilə məğlub edə bilib.
Bu qələbə ilə aktivində ki xalları 6-ya çatdıran Qvardiyolanın komandası bu mövsümdə də premyer liqa çempionluğuna bir nömrəli namizəd olduqlarını bir daha subut etdilər.
Matçın 25,35 və 75-ci dəqiqələrində fərqlənən Serxio Agüero İngiltərə Premyer Liqasında növbəti hat-trickini rəsmiləşdirə bilib.
Qeyd edək ki, "Mançester Siti" premyer liqada növbəti matçını 25 avqust tarixində Volverhampton klubuna qarşı keçirəcək.