"Barselona" 3-0 "Alaves" / VİDEO İCMAL

Futbolda

19 Avqust 2018 0

"Barselona" yeni la liqa mövsümünə qələbə ilə başladı. 

Futbolda.az xəbər verir ki, son la liqa çempionları "Barselona" yeni mövsümün ilk turunda evdə "Alaves" klubu ilə qarşılaşıb. 

Matçın ilk hissəsində qapılara qol vurulmasa da, ikinci hissədə rəqib qapısından ardıcıl üç qol keçirən "Barselona" yeni mövsümdə ilk qələbəsini rəsmiləşdirdi. 

Matçda qolları 64 və 90-cı dəqiqələrdə Lionel Messi və 83-cü dəqiqədə Koutinyo vura bilib. Lionel Messi-nin bu matçda vurduğu ilk qol isə Barselona tarixinin ispaniya çempionatlarında vurulan 6000-ci qolu oldu. 

Qeyd edək ki, "Barselona" La Liqa-da növbəti matçını 26 avqust tarixində "Real Valladolid" klubuna qarşı keçirəcək. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur