Bu gün İngiltərə Premyer Liqasında ikinci turun matçları baş tutub.
Futbolda.az xəbər verir ki, günün ən maraqlı matçında iki london klubları "Çelsi" və "Arsenal" üz-üzə gəliblər. Gərgin və çox maraqlı keçən matçda "Çelsi" 3-2 hesabı ilə əzəli rəqibləri üzərində qələbə qazana bildi.
Matçın ilk hissəsində hər iki klub hərəyə 2 dəfə fərqlənə bilsələr də, ikinci hissədə cəmi bir qol vuruldu.
Bu qələbədən sonra "Çelsi" aktivində ki xalları 6-ya çatdıraraq turnir cədvəlində liderlər mövqeyində yerini saxlaya bildi. Arsenal isə tarixində ilk dəfə İngiltərə premyer liqasının ilk iki turunda məğlub oldu.
Matçdan icmalı sizlərə təqdim edirik.