Fransa Liqasının ikinci turunda "PSJ" son dəqiqələrdə qalib gələ bildi.
Futbolda.az xəbər verir ki, Fransa liqasında səfərdə "Guingamp" klubunun qonağı olan "PSJ" qalibiyyəti son 8 dəqiqədə əldə edə bildi. İlk hissədə ev sahibləri artıq 20-ci dəqiqədə hesabda önə çıxa bilmişdilər.
Lakin ikinci hissədə Neymar 53-cü dəqiqədə penaltidən hesaba tarazlıq gətirə bilmişdir. Bundan sonra isə ikinci hissədə matça daxil olan Mbappe 82 və 90-cı dəqiqələrdə dubl edərək komandasına 1-3 hesablı qələbə qazandıra bilib.
Bu qələbədən sonra aktivində 6 xalı olan PSJ turnir cədvəlində liderliyini davam etdirir.
Matçdan icmalı sizlərə təqdim edirik.