Zinəddin Zidan Mançester Yunayted klubunun növbəti baş məşqçisi olmaq istəyir.
Futbolda.az ESPN saytına istinadən xəbər verir ki, hazırda işsiz olan fransız mütəxəssis, Xose Mourinyonun "Mançester Yunayted"i tərk etdiyi halda klubunun baş məşqçisi olmaq arzusunda olduğu bildirilir.
Xose Mourinyo-nun hazırkı durumunu nəzərə alsaq növbəti uğursuz premyer liqa mövsümü Mourinyo üçün çox ağır ola bilər.
Qeyd edək ki, Zidan 2.5 illik baş məşqçilik karyerasında ardıcıl olaraq üç dəfə Çempionlar Liqasını qazana bilmişdir. Bundan əlavə, 2017-ci ildə İspaniya La Liqasını qalibi olmuşdur.