"Barselona" Pogba-nı transfer etməkdə israrlıdır

Futbolda

13 Avqust 2018 0

"Barselona" Paul Pogba-nı transferi üçün növbəti transfer pencərəsini gözləməyə hazırdır. 

Futbolda.az ingiltərə mətbuatına istinadən xəbər verir ki, kataloniya klubu Pogba-nın bu yay transfer olunmasının mümkünsüz olduğunu artıq qəbul etsə də, futbolçu üçün növbəti transfer pencərəsində yeni təklif göndərməyə hazırdır. 

"Barselona" ilkin olaraq Pogba üçün 50 milyon avro və üstəlik iki futbolçu təklif etmişdir. Lakin "Mançester Yunayted" futbolçunun heç bir haqlda satılmayacağını bildirərək təklifi rədd etmişdir. 

Lakin Pogba və Mourinyo arasında hazırda davam edən qeyri-adi vəziyyətin düzəlməyəcəyini görən "Barselona", futbolçunun transferi üçün yeni həmlələr etməyə davam edəcək. 

Qeyd edək ki, "Mançester Yunayted" 2016-ci ildə Pogba-nın tranferi üçün "Yuventusa" 89.3 milyon funt sterlinq ödəmişdir. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur