"Barselona" yeni mövsümə İspaniya Super Kubokunu qazanaraq başlayır.
Futbolda.az xəbər verir ki, son La Liqa çempionları Mərakəş-də baş tutan İspaniya Super Kubok matçında Sevilya üzərində 2-1 hesablı qələbə qazanaraq yeni mövsümdə ilk kuboklarını rəsmiləşdirdilər.
Matçda hesabı 19-cu dəqiqədə "Sevilya" açsa da, 42-ci dəqiqədə Gerard Pique və 78-ci dəqiqədə Dembele-nin qolları ilə "Barselona" matçı qələbə ilə başa vura bildi.
Matçın 90-cı dəqiqəsində Barselona qapısına təyin olunan penaltini Sevilya qola çevirə bilməmşdir.
Bu qələbədən sonra Lionel Messi Barselona tarixində ən çox kubok qazanan futbolçu oldu (33 kubok).