"Real Madrid" 3-1 "Milan" / VİDEO

Futbolda

12 Avqust 2018 0

"Real Madrid" yeni mövsümdə ilk kubokunu qazandı. 

Futbolda.az xəbər verir ki, yeni mövsüm hazırlıqlarını davam etdirən kral klubu Santiago Bernabeu kubokunda İtaliyanın "Milan" klubunu qonaq edib. 

Matçın ilk 4 dəqiqəsində artıq komandalar hərəyə bir qol ilə fərqlənə bilmişdilər. Kərim Benzema matçın 2-ci dəqiqəsində kral klubunu irəli çıxara bilsə də, cəmi 2 dəqiqə sonra debut matçına çıxan Gonzala Higuain hesaba tarazlıq gətirə bilmişdir. 

Kriştiano Ronaldo-nun klubu tərk etməsindən sonra daha çox diqqət mərkəzində olan Qaret Bale ardıcıl üçüncü yoldaşlıq matçında da fərqlənə bildi. Matçın ilk hissəsinin son dəqiqələrində Bale hesabı 2-1, ikinci hissənin sonlarında isə Borja Mayoral matçda son nöqtəni qoydu. 

Qeyd edək ki, Real Madrid La Liqa öncəsi ilk rəsmi matçını UEFA Super Kubok çərçivəsində Atletiko Madrid klubuna qarşı keçirəcək. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur