Koutinyo Portuqaliya vətəndaşı oldu

Futbolda

11 Avqust 2018 0

Philippe Koutinyo-ya Portuqaliya vətəndaşlığı verilib. 

Futbolda.az ESPN saytına istinadən xəbər verir ki, "Barselona" klubunun Braziliyalı yarımmüdafiəçisi Philippe Koutinyo-ya Portuqaliya vətəndaşlığı təqdim olunub. 

Futbolçunun Portqualiya vətəndaşlığı almasının əsas səbəbi isə İspaniya La Liqasında mövcud olan qaydalara görədir. Belə ki, hər bir La Liqa klubunun heyətində yalnız 5 qeyri-avropa vətəndaşı ola bilər. Lakin matç günləri cəmi 3 qeyri-avropa vətəndaşı heyətdə ola bilər. 

"Barselona" klubunun yeni transferləri Arturo Vidal, Arthur Melo və Malcolm qeyri-avropa vətəndaşları sayılırlar. Bu səbəbdən Valverde bu üç futbolçudan birini matç zamanı komanda da istifadə edə bilməyəcəkdir. 

Koutinyo-nun həyat yoldaşı Portuqaliya vətəndaşı olduğu üçün və iki ildən artıq evli olmaları əsas səbəb götürülərək futbolçuya asanlıqla Portuqaliya vətəndaşlığı təqdim olunub. 

Qeyd edək ki, "Barselona" yeni mövsümdə ilk rəsmi matçını İspaniya Super Kubokunda "Sevilya"-ya qarşı keçirəcək. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur