Bu gün Türkiyə Super Liqasında yeni mövsümə start verilib.
Futbolda.az xəbər verir ki, yeni mövsümün ilk matçında son çempion "Qalatasaray" səfərdə Ankaragücü klubu üzərində inamlı qələbə qazana bilib.
6 il sonra yenidən Türkiyə Super Liqasına geri dönən "Ankaragücü" klubu matçın 7-ci dəqiqəsində El Kabir-in qolu ilə irəli çıxa bilsə də, 21, 30 və 90+2-ci dəqiqələrdə Qalatasaray-ın vurduğu qollar matçın son çempionların qələbəsi ilə bitməsinə yetərli oldu.