Bu gün İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib.
Futbolda.az xəbər verir ki, mövsümün ilk matçında "Mançester Yunayted" öz meydanında "Lester Siti" üzərində 2-1 hesablı qələbə qazanaraq 3 xalını qazana bilib.
Matçda çox yaxşı başlayan qırmızı şeytanlar artıq 3-cü dəqiqədə penaltidən Pogba ilə hesabı ilə 1-0 edə bildi. Matçın 83-cü dəqiqəsində isə müdafiəçi Luke Shaw hesabı 2-0 edə bilmişdir. Matçın 90-cı dəqiqəsində isə Jamie Vardy Lester Siti-nin yeganə qolunu vura bildi.
Qeyd edək ki, Mançester Yunayted-in yeni transferi Fred ilk premyer liqa matçına çıxıb.