Luka Modriç "Real Madrid" rəhbərliyi ilə danışıqlardan sonra klubda qalmaq qərarını verdi.
Futbolda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İnter klubundan böyük təklif alan Xorvatiyalı futbolçunun "Real Madrid"-i tərk etmək istədiyi deyilirdi. Lakin kral klubu rəhbərliyi futbolçu ilə görüşərək onu klubda qalmağa razı sala biliblər.
Son məlumatlara görə futbolçu ilə yeni və daha böyük məvacibli müqavilə imzalanacaq.
Qeyd edək ki, Luka Modriç hazırda Real Madrid-də ilə 6.5 milyon avro məvacib alır. Digər klub yoldaşlarından isə Toni Kross 8.5 milyon, Qaret Bale və Serxio Ramos isə 11 milyon avro qazanır.