UEFA Çempionlar Liqasının 2017/18 mövsümün mövqelər üzrə ən yaxş futbolçuları seçilir.
Futbolda.az uefa-nın rəsmi saytına istinadən xəbər verir ki, hər mövqe üzrə 3 namizdə artıq səsvermə üçün təqdim olunub.
Qapıçılar: Alisson Becker (Roma), Buffon (Yuventus), Keylor Navas (Real Madrid)
Müdafiəçilər: Marselo (Real Madrid), Sergio Ramos (Real Madird), Rafael Varane (Real Madrid)
Yarımmüdafiəçilər: Kevin De Bryune (Mançester Siti), Toni Kroos (Real Madrid), Luka Modriç (Real Madrid)
Hücumçular: Kriştiano Ronaldo (Real Madrid), Məhəmməd Salah (Liverpul), Lionel Messi (Barselona)
Qeyd edək ki, hər mövqe üzrə yalnız bir qalib olacaq və mükafat 30 Avqust tarixində təqdim olunacaq.