"Everton" klubu "Barselona"nın iki futbolçusunu öz heyətinə qatdı.
Futbolda.az xəbər verir ki, İngiltərənin Everton klubu transfer pencərəsinin son günündə Barselona klubundan Andre Gomez və Yerry Mina-nı öz heyətinə qata bildi.
Everton Kolumbiyalı müdafiəçi Yerry Mina üçün 30.2 milyon avro ödəməli olacaq. Portuqaliyalı futbolçu Andre Gomez isə 2.5 milyon avro qarşılığında 1 illik icarəyə verildi.