"Lester Siti" Türkiyə millisinin futbolçusunu transfer edir

Futbolda

9 Avqust 2018 0

"Freiburg" klubunun Türkiyəli futbolçusu Lester Siti klubuna transfer olundu. 

Futbolda.az xəbər verir ki, Bundesliqa klubu Freiburg-un 22 yaşlı müdafiəçisi Çağlar Söyüncü 25 milyon avro qarşılığında "Lester Siti" klubuna transfer olundu. Türkiyə millisinin şərəfini qoruyan futbolçunun bu gün artıq tibbi baxışdan keçərək klub ilə 5 illik müqavilə imzalayacağı gözlənilir. 

Türkiyənin "Altınordu" klubunun yetirməsi olan Çağlar 2016-cı ildə 2.5 milyon avro qarşılığında "Freiburg" klubuna transfer olunmuşdur. 

Qeyd edək ki, futbolçunun "Lester Siti"-yə keçidindən "Altınordu" klubu 6 milyon 250 min avro qazanc əldə edəcək. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur