"Çelsi" rekord məbləğə qapıçı transfer edir

Futbolda

8 Avqust 2018 0

"Çelsi" klubu rekord məbləğə qapıçı transfer edir. 

Futbolda.az xəbər verir ki, İngiltərənin "Çelsi" klubu artıq Thibaut Courtois-u əvəz edəcək qapıçını transfer etmək üzrədir. 

"Atletik Bilbao" klubunun rəsmi açıqlamasına görə 23 yaşlı qapıçısı Kepa Arrizabalaga-nın 80 milyon avroluq sərbəst qalma məbləği artıq ödənilib. 

Artıq bir neçə gündür Thibaut Courtois-in məşqlərə çıxmaqdan imtina etməsi Çelsi-nin qapıçı axtarışlarına daha sürətlə yanaşmasına gətirib çıxarmışdır. 23 yaşlı gənc qapıçının artıq yaxın günlərdə İngiltərə-yə gələrək müqaviləsini rəsmiləşdirəcəyi deyilir. 

Qeyd edək ki, bu transfer qapıçı üçün ödənilən ən böyük transfer məbləği oldu. Bundan əvvəl Liverpul klubu 1 ay öncə Alisson üçün 75 milyon avro ödəmişdir. 

Bundan başqa qapıçı həmçinin Çelsi tarixinin ən bahalı transferi oldu. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur