"Qarabağ" UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin ilk matçında məğlub oldu.
Futbolda.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən Ağdamın Qarabağ klubu 3-cü təsnifat mərhələsinin ilk matçdan Belaruszun BATE klubuna minimal hesabla məğlub oldu.
Matçdan yeganə qolu 36-cı dəqiqədə Rəşad Sadıqovun kobud səhvindən sonra Stanislav Draqun vura bilib.
Bu cütün təkrar matçı bir həftə sonra 14 avqust tarixində Belarusda keçiriləcək.