"Real Madrid" Beynəlxalq Çempionlar Kubokunda "Roma"-nı məğlub etdi.
Futbolda.az xəbər verir ki, yeni mövsümə Kriştiano Ronaldo-suz hazılraşan "Real Madrid" Beynəlxalq Çempionlar Kubokunda növbəti matçını keçirib. Bu dəfə İtaliyanın Roma klubu ilə qarşılaşan Real Madrid matçdan 2-1 hesablı qələbə ilə ayrıla bilib.
Matçda qolları 2-ci dəqiqədə Marko Asensio və 15-ci dəqiqədə Qareth Bale vura bilib. "Roma"-nın yeganə qolunu isə 83-cü dəqiqədə Kevin Strootman rəsmiləşdirdi.